Yeyəndə mən kar və koram.

= Lit. When I am eating I am deaf and mute. = Когда я ем, я глух и нем.
yetmişində yorğalamaq
yeyib üstündən su içmək
OBASTAN VİKİ
Kar-Nikobar
Kar-Nikobar adası (ing. Car Nicobar) — Nikobar adaları arxipelaqının şimalında hissəsində yerləşən ada. Arxipelaqa daxil olan digər adalar kimi Hindistanın müttəfiq Andaman və Nikobar adaları ərazisinə daxildir. Hind okeanında zəlzələ və sunami hadisəsindən sonra bölgə böyük zərər görmüşdür. == Coğrafiyası == Kiçik Andaman və Nankauri adaları ilə eyni məsafədə yerləşir. Teressa adasından isə 92 km şimaldadır. andaman adalarından Doqquzuncu dərəcə boğazı ilə ayrılır. Ada 15,4 km uzunluğa, 12 km enə malikdir. Sahəsi — 126,9 km². Ərazisi kokos ağacları ilə örtülüdür.
Kar pilləsi
Kar pilləsi (rus. каровая лестница, ing. cirque steps) — buzlaq sirkləri sırası olub, biri digərinin üzərində bir neçə mərtəbədə yerləşir. Hər bir sirk dağlıq ölkənin müəyyən buzlaşma mərhələsinə uyğun gəlir və bu mərhələyə məxsus iqlim qar xəttinin yüksəkliyi ilə səciyyələnir. Sirkin yaşından və inkişaf mərhələsindən asılı olaraq adətən morfoloji cəhətdən fərqlənirlər.
Kar (relyef forması)
Kar (relyef forması)- dağların zirvə hissəsinə yaxın yamaclarda, nival iqlim şəraitində, kiçik buzlaqların (kar buzlaqları) və şaxta aşınmasının təsiri ilə yaranmış fincanşəkilli təbii çökəklikdir. Karın yamacları sıldırım, dik, dibi isə hamar və ya batıq olur. Kar qar xəttindən yuxarıda yerləşdikdə, o, fəal aşağıda olduqda isə relikt kar tipli göl əmələ gətirir. == Kar buzlağı == Kar buzlağı yerli Kar sərhəddindən yuxarıda, buzlaq sirkinin (karın) dibində formalaşmış, nisbətən kiçik (qısa buzlaq dibinə malik) buzlaqdır. Kar buzlağı planda oraqvari və ya dəyirmi formalı olub, nadir halda dil hissəsi qar xəttindən bir qədər aşağı düşə bilər. == Kar gölü == Kar gölü yerli qar sərhəddindən aşağıda yerləşən relikt qar çalasında əmələ gələn göl, əsasən yağış suları ilə qidalanır. Kar gölü buzlaq tipli göllərə aiddir. == Kar pilləsi == Kar pilləsi dağ yamacı boyu bir-birinin üzərində yerləşən və aydın nəzərə çarpan çıxıntılarla biz-birindən ayrılmış karlar seriyasıdır.
Tit Lukretsi Kar
Titus Lukretius Karus (lat. Titus Lucretius Carus, m. ö. 99 – 55) — Roma epikürçülüyünün ən tanınmış təmsilçisi isə olmuşdur. "Şeylərin təbiəti haqqında" (lat. De rerum natura) adlı məşhur əsərində o bir çox fəlsəfi problemlərə toxunmuşdur, bunu edərkən Epikürün fəlsəfəsindən yararlanmışdır. Bu kitabda Lukretius ilk növbədə xalqın arasında yayılmış müxtəlif mövhumat və inanclara qarşı çıxış etmişdir. Onun fikrincə onlar insanlarda qorxu hissi yaradır. Azadlığı əldə etmək üçün isə bu qorxudan qurtarmaq gərəkdir. Bunun üçün təbiət olduğu kimi öyrənilib qavranılmalıdır.
Babam və mən (film, 2012)
Babam və mən qısametrajlı sənədli filmi rejissor Aydın Dadaşov tərəfindən 2012-ci ildə ekranlaşdırılmışdır. "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Film Azərbaycan mədəniyyətinə görkəmli sənətkarlar vermiş Mansurovlar nəslinə həsr olunmuşdur. == Məzmun == Film Azərbaycan mədəniyyətinə görkəmli sənətkarlar vermiş Mansurovlar nəslinə həsr olunmuşdur. Ekran əsəri fotolar üzərində qurulub. Filmdə Məşədi Süleyman bəy Mansurov və qardaşı Mirzə Mansur Mansurovun səyahət zamanı başına gələn hadisələr yer alır. Eldar Mansurovun nəql etdiyi hadisələr həmin dövrün fotoları ilə canlandırılır.
Mən-roman
Mən-roman (私小説, şişosetsu) – Yaponiyada bədii ədəbiyyat janrı. Bu janrda əsər müəllifin həyatında baş verən hadisələrə əsaslanır və avtobioqrafik etiraf xüsusiyyəti daşıyır. Belə romanlarda hadisələr birinci və ya üçüncü şəxsin təkindən nəql oluna bilər. Bu janrın kökləri Tayama Katainin 1907-ci ildə nəşr olunmuş "Yorğan" romanına gedib çıxır. Bu roman ortayaşlı bir rəssamla onun gənc qız tələbəsi arasındakı münasibətlərdən bəhs edir və müəllifin şəxsi təcrübələrinə əsaslandığı güman olunur. 1910-cu illərdə intellektual sfera öz şəxsi narahatlıqlarını daha əhəmiyyətli olduğunu vurğulamağa başladığından bu janr da getdikcə populyarlaşmağa başlayıb. Bu dövrdə mən-roman janrına müraciət edən əsas yazıçılar Çikamatsu Şuko, Şimazaki Toson, "Ağ ağcaqayın" məktəbinin nümayəndələri Muşanokoci Saneatsu və Şiqa Naoya idilər. "Mən-roman" terminin geniş şəkildə işlənməyə başladığı və ayrıca janr kimi təşəkkül tapdığı dövr isə 1920-ci illərə təsadüf edir. Qəbul olunmuş fikirlərə görə bu janrda ənənəvi hekayə və məzmun tələbləri rədd edilir və müəllifin daxili reallığına daha çox önəm verilirdi. Mən-romanın bu konsepsiyası 1920-ci illərdə Marksist ədəbiyyatının güclənməsi və kütlə mədəniyyətinə dair bir neçə janrın yaranması ilə əlaqədər ədəbi dünyadakı çevrilmələrə qarşı reaksiya kimi qəbul oluna bilər.
Mən Azərbaycanlıyam
Mən Azərbaycanlıyam — milli bilik yarışması 2009-cü ildən etibarən Azərbaycan Televiziyasında yayımlanır. Yarışmada yaşı 15-dən 29-a qədər olan bütün ölkə gəncləri iştirak edə bilər. Yarışmada bu günə kimi onlarla Azərbaycan gənci qalib olub. Hər verilişin qalibinə Gənclər və İdman naziri Azad Rəhimov tərəfindən imzalanmış diplom və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən notbuk hədiyyə olunur.
Mən kiməm?
Mən kiməm? (film, 1998) Mən kiməm? (film, 2004) Mən kiməm? (film, 2009) Mən kiməm? (film, 2010) Mən kiməm?
Mən Kubayam
"Mən Kubayam" (rus. Я — Куба; isp. Soy Cuba) — rejissor Mixail Kalatozovun 2 seriyalı filmi. Film bir neçə novelladan ibarətdir. Hər bir hekayədə Kuba adasındakı inqilabi hadisələr zamanı insanların taleyi haqqında söhbət açılır. Gülərüz meyvə satıcısı qonşu qız Mariyaya aşiq olur. Lakin sonra öyrənir ki, o, Betti ləqəbli fahişədir. Betti bir tikə çörək üçün bədənini varlı Amerika turistlərinə satır. Qoca kəndli Pedro sahibkardan öyrənir ki, torpaq "Yunayted Frut" Amerika şirkətinə satılıb. Bundan sonra o, böyük zəhmət hesabına yetişdirdiyi şəkər qamışı sahəsini yandırır.
Mən yaramazam
Mən yaramazam 2010 ABŞ ailə, animasiya filmidir. Qru adlı daş ürəkli və yaramaz adam, dünyanın peyki olan ayı oğurlamaq qərarına gəlir. Ona kiçik kölələri minyonlar da kömək edəcəkdir. Stiv Kerell — Felonius Qru Ceyson Siqel — Viktor "Vektor" Perkins Rassel Brend — Dr. Nefario Miranda Kosqrov — Marqo Culi Endryus — Marlena Qru Dana Ceyer — Edit Elsi Keyt Fişer — Aqnes Vill Arnett — Mister Perkins Kristen Uiq — Miss Hetti Pyer Koffin — Tim, Bob, Mark, Fil, və Stüard Kris Renaud — Deyv, Billi və Lerri Cemeyn Klement — Kevin və Cerri Cek MakBrayer — Karnaval işçisi/Turist ata Ken Conq — Talk Show Host Danni MakBrayd — Fred Makdeyd Mindi Keylinq — Turist ana Mən yaramazam — Internet Movie Database saytında.
Lukretsi (Tit Lukretsi Kar)
Titus Lukretius Karus (lat. Titus Lucretius Carus, m. ö. 99 – 55) — Roma epikürçülüyünün ən tanınmış təmsilçisi isə olmuşdur. "Şeylərin təbiəti haqqında" (lat. De rerum natura) adlı məşhur əsərində o bir çox fəlsəfi problemlərə toxunmuşdur, bunu edərkən Epikürün fəlsəfəsindən yararlanmışdır. Bu kitabda Lukretius ilk növbədə xalqın arasında yayılmış müxtəlif mövhumat və inanclara qarşı çıxış etmişdir. Onun fikrincə onlar insanlarda qorxu hissi yaradır. Azadlığı əldə etmək üçün isə bu qorxudan qurtarmaq gərəkdir. Bunun üçün təbiət olduğu kimi öyrənilib qavranılmalıdır.
Stella Meyzi Fosett-Kar
Stella Qreys Meyzi Fosett (ing. Stella Grace Maisie Fawcett; 26 fevral 1912 – 9 sentyabr 1988, Kanberra) — Avstraliya botaniki. Stella Qreys Meyzi Fosett evkalipt üzrə ixtisaslaşmışdır, Eucalyptus baudiniana növünün müəllifidir. Carr, S. G. M.; Carr, D. J. People and plants in Australia. — London, 1981. — 416 p. Carr, S. G. M. The Families and genera of Victorian plants. — Parkville, Vic., 1984. — 157 p. Poa fawcettiae Vickery, 1970 L. Gillbank.
Mən, Erl və ölən qız (film)
Mən, Erl və ölən qız (ing. Me and Earl and the Dying Girl) — Cessi Endrüsün 2012-ci ildə yazdığı eyniadlı romandan əsaslanaraq çəkilən komediya-dram filmi. 2015-ci ildə Sandens film festivalında nümayiş olunan filmin rejissorluğunu Alfonso Qomes-Rehon, ssenarisini isə romanın müəllifi Cessi Endrüs yazıb. Rollarda Tomas Mann, Oliviya Kuk, RJ Cyler və Con Berntal çəkilib. Film aktyorluğa və ssenariyə görə tənqidçilər tərəfindən müsbət rəylər əldə edib. Özünü marmota oxşadan 17 yaşlı Qreq Qeyns (Tomas Mann) Pittsburq Şenli Liseyində digər tələbələrlə sıx əlaqədən qaçan yuxarı sinif şagirdidir. O, tələbə yoldaşı və keçmiş uşaqlıq dostu Reyçel Kuşnerə (Oliviya Kuk) leykoz diaqnozu qoyulduğunu öyrənir və öz valideynləri (Nik Offerman və Konni Britton) tərəfindən onunla dostluq etməyə məcbur edilir.
Mən Azərbaycanlıyam (yarış)
Mən Fəhləyəm (1975)
Mən Nirvanadayam (albom)
Mən Nirvanadayam (rus. Я в Нирване) – Azərbaycanlı müğənni Aygün Kazımovanın EP albomudur. Aygün Kazımova 90-cı illərin sonlarından başlayaraq, yaradıcılığında rusca mahnılara yer verməyə başlamışdır. Məsələn, "Карие Глаза, "Я и Ты", "Я Девушка Восточная" və s. bu kimi yerli və xarici bəstəkarların əsərlərini ifa etmişdir. Rusca mahnılar ifa etdiyi zamanlarda rusdilli albom təqdim etmək istəsə də bu baş tutmamışdır. “Rusdilli albom arzusu mənim üçün iyirmi il əvvəl yaranmışdı. [...] Ancaq gördüyünüz kimi, xəyalımla vidalaşmadım!” sözlərini yeni albomu üçün "Nargis" jurnalına müsahibəsində söyləmişdir. Uzun müddət yeni rusca mahnı təqdim etməyən ifaçı, ona uğur gətirən "S.U.S." mahnısının rusca versiyası olan "Pust"-u (rus. Пусть), 2018-ci ildə "Jara" (rus.
Mən Sərhədçiyəm (1976)
Mən gəlirəm (mahnı)
Mən əfsanəyəm (film)
"Mən əfsanəyəm" (ing. I Am Legend) 2007-ci il Amerika elmi-fantastik filmi. Riçard Metisonun "Mən əfsanəyəm" əsərinin üçüncü uyğunlaşmasıdır. Rejissor Frensis Lourens, ssenaristlər Akiva Qoldsman və Mark Protoseviçdir. Baş rolda Vill Smitdir (virusoloq Robert Nevill). 2007 il dekabr 14-də buraxılmış film iki gündən sonra ABŞ Boks Ofis nömrə bir filmi oldu. Filmin vaxtı 100 dəqiqədir. Büdcəsi təxminən 150 milyon dollar. Distribütorları Warner Brothers və Village Roadshow-dır. "Mən əfsanəyəm" əsasən 35 millimetrli anamorfot fortmatda çəkilmişdir.
Mən burdayam, İlahi!
Mən burdayam, İlahi! — Tammetrajlı bədii müharibə filmi.Rejissor Qulu Əsgərov tərəfindən 2023-ci ildə ekranlaşdırılmışdır. Film Vətən müharibəsi mövzusunda çəkilib. Müharibədə yaralanan qazinin (Rasim Cəfərov) Üç aylıq komadan ayılır anasının rəhmətə getdiyini və qızının internata himayəyə verildiyini öyrənir. Daha sonra həyatını qaydasına salmağa çalışır ki, övladına sahib çıxa bilsin. Öz qızını geri qaytarmaq uğrunda apardığı mübarizədən bəhs edən filmdə ağır döyüş səhnələrindən daha çox, müharibənin insan psixologiyasında buraxdığı izlər və müharibədən çıxmış insanların yaşamaq üçün mübarizəsi ön plana çəkilib. Filmin ilk premyerası 27 sentyabr 2023 Alov qüllələrində yerləşən “Park Cinema” kinoteatrlar şəbəkəsində baş tutub. Filmin ikinci premyerası 9 Noyabr 2023-cü ildə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda yeni yaradılmış kinoteatr binasında baş tutub.
Mən evə qayıdıram
Mən evə qayıdıram — "Salnamə" sənədli filmlər studiyası tərəfindən çəkilişlərinə 2011-ci ildə başlanan və 2014-cü ildə təqdimatı olan rejissor Samir Kərimoğlunun filmi. Yaşar Nurinin çəkildiyi son filmdir. "Mən evə qayıdıram" adlı filmin çəkilişlərinə 2011-ci ilin fevral ayının 26-da Samir Kərimoğlunun rejissorluğu ilə başlanılıb. Rejissor "Bu filmi Tərlanın simasında Azərbaycanın şəhid olmuş bütün igidlərinin şərəfinə" çəkdiyini bildirmişdir. Bu film Xalq artisti Yaşar Nurinin rol aldığı son filmdir. Aktyor filmdə hərbi hissədə çalışan aşpaz obrazını canlandırmışdır. Ekran əsərinin operatoru xüsusi olaraq Almaniyadan dəvət olunub. Filmdə canlı səsyazma sistemindən istifadə olunub. Filmin çəkilişləri Quba rayonu, Kürdəmir rayonu, Xızı rayonu və Sitalçayda aparılıb. "Mən evə qayıdıram" filmi 1990-cı illərədən bəhs edir.
Mən filmləri sevirəm
Mən filmləri sevirəm (ing. I Like Movies) — Çendler Levakın yazıb rejissorluq etdiyi 2022-ci ilin komediya-dram janrındakı Kanada filmi. Filmin diqqət mərkəzində 2000-ci illərin əvvəllərində video mağazada yenicə işə başlamış olan 17 yaşlı kino həvəskarı oğlan Lourensdir. Mən filmləri sevirəm — Internet Movie Database saytında.
Mən yaramazam 2
Mən yaramazam 2 — 2013 ABŞ ailə, animasiya filmidir. Əsrarəngiz təyyarə nəhəng bir maqnit kimi, Arktika Dairəsindəki gizli laboratoriyadan PX-41 kimi tanınan yüksək güclü mutagen oğurlayır. Anti-Villain Liqasının (AVL) direktoru Silas Ramsbottom agentlərindən birini, Lüsi Uayldı keçmiş super cani Qru işə götürmək üçün göndərir. Zorla AVL qərargahına gətirilən Qrudan Silas onlara günahkarı tapmaqda və mutageni bərpa etməkdə kömək etməsini xahiş edir. Lakin Qru qanuni ata olduğunu iddia edərək bundan imtina edir. Cinayət həyatına davam etmək arzusunda olan Dr.Nefario, Qrunun dostu və köməkçisi, onu yeni iş üçün tərk edir. Bu, istəksiz Qrunun oğurluğu araşdırmasına və Lüsi ilə işləməsinə səbəb olur. Cütlük Cənnət Alış-veriş Mərkəzində yerləşib, qarşılarında keks mağazası var. Gru dərhal meksikalı restoran sahibi Eduardo Peresin sinəsinə 250 funt TNT bağlanmış aktiv vulkanda köpək balığı sürərək öldüyü güman edilən super cani "El Macho" olduğundan şübhələnir. Qru və Lüsi gecə Eduardonun restoranına girirlər, lakin heç bir sübut tapmırlar.
Mən yaramazam 3
Mən yaramazam 3 — 2017 ABŞ ailə, animasiya filmidir. Evli Anti-Villain League (AVL) agentləri Gru və Lucy Wilde Balthazar Bratt (keçmiş uşaq aktyoru yetkinlik yaşına çatdıqda "Evil Bratt" şousu ləğv edildikdən sonra supercani oldu) dayandırmaq üçün göndərilir. Dumont almazını oğurlamaqdan. Qru almazı geri alır, lakin Bratt qaçır. Bundan narazı qalan direktor Valeri Da Vinçi keçmiş direktor Silas Ramsbottomun yerinə keçərək Qru və Lüsini AVL-dən uzaqlaşdırır. Qru və Lüsi evə qayıtdıqda, övladlığa götürdükləri Marqo, Edit və Aqnesə işdən çıxarıldıqlarını söyləyirlər, lakin onları tezliklə yeni iş yerləri tapacaqlarına əmin edirlər. Gru super cani olmağa qayıtmaqdan imtina etdikdə və onun köməkçisi Dr. Nefario karbonitdə dondurulmuşdur, Melin başçılıq etdiyi Minionların əksəriyyəti onu tərk edir. yeni iş tapın. Dave və Jerry geridə qalırlar, lakin qalan Minyonlar film boyu bir neçə uğursuzluqla üzləşirlər və nəticədə həbsxanaya düşürlər.
Qorxma, mən səninləyəm
Qorxma, mən səninləyəm — rejissor Yuli Qusmanın filmi. Filmdə hadisələr XIX əsrin sonu – XX əsrin əvvəllərində baş verir. Zülmkarlara qarşı mübarizə iki sevən gəncin məhəbbəti fonunda baş verir. Filmdə ideal qəhrəmandan, xeyirxah, cəsur, imkansızlara əl tutan, gücsüz adamların müdafiəsinə qalxan sirk artisti Rüstəmdən (Muxtarbəy Kantemirov), onun sədaqətli dostlarından söhbət açılır. Bu filmin janrını dəqiq təyin etmək çətindir. Burada musiqi də, gözəl mahnılar da var, sərgüzəştlər, gözlənilməz, qeyri-adi hadisələr də. Ekranda Azərbaycanın füsunkar təbiəti, onun mənzərəli dağları və vadiləri öz təcəssümünü tapmışdır. Film aktyor Nizami Musayevin kinoda ilk işidir. Film aktyor Ramiz Novruzovun kinoda ilk işidir. Film müğənni və bəstəkar Polad Bülbüloğlunun aktyor kimi kinoda ilk işidir.